“Əgər Rusiya Azərbaycanla Ermənistan arasında sərhəd mübahisələrini həll etsə, Ukrayna müharibəsi ilə itirdiyi reputasiyasının bir hissəsini geri qaytara bilər”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında türkiyəli siyasi ekspert Qafqaz Siyasi Aaraşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay söyləyib.
Ekspertin fikrincə, Putinlə Paşinyanın görüşü bütün diqqəti Cənubi Qafqaza yönəldəcək. Bu görüşlə bağlı ilk növbədə Ermənistan müxalifəti Putinin Paşinyana qarşı sərt mövqedə olduğunu iddia edir.
MÖVZU İLƏ BAĞLI:
Türkiyəli ekspert Ukraynanın müharibədən sonrakı XƏRİTƏSİNİ açıqladı - Bu ərazilər Rusiyada qalacaq?
Mitinqlər təşkil etməklə Ermənistan müxalifəti Paşinyan üzərində təzyiq etməyə çalışır:
“Əgər bu görüşdən sonra Azərbaycanla Ermənistan arasında sərhəd məslələri həll edilərsə və sülh müqaviləsinə gedən yolda sürətlənmə olarsa, Putin bu addımı ilə türk dünyasının dəstəyini özünə cəlb edə bilər. Əks halda isə o, Ukraynanın Donbas modeli kimi dağlıq Qarabağla bağlı bir model düşünsə, o zaman regional münaqişələr davam edəcək”.
Türkiyəli ekspertin fikrincə Putinin Paşinyanla görüşü mojor notlar üzərində olacaq.
“İndi Putin Cənubi Qafqazda təşəbbüsü və nəzarəti əldən verməmək üçün Paşinyanı Azərbaycan və Ermənistana təsirini saxlamaq üçün Moskvaya çağırıb. Ermənistan bəzi öhdəlikləri yerinə yetirməyə məcbur ediləcək”- deyə fikirlərini yekunlaşdırıb.
Leyla Şah, Bizim.Media