Rusiyanın yeni PLANI - Kreml erməni revanşistlərə dəstəkdən imtina edir?

Hazırda oxunan: Rusiyanın yeni PLANI - Kreml erməni revanşistlərə dəstəkdən imtina edir?

70170

Xəbər verdiyimiz kimi, Rusiya Müdafiə Nazirliyinin aprelin 16-na olan rəsmi bülletenində Azərbaycan Ordusunun Ağdərə istiqamətində irəliləməsi haqqında məlumat öz əksini tapıb. 

Rusiya MN tərəfindən belə bir məlumatın loyal şəkildə yayılması bzəi suallar yaradır. Moskva regionda taktikanı dəyişirmi? Bu, İrəvanı çalxalamaq istəyən revanşistlərə dəstəkdir, yoxsa kəskin cavab? 

Mövzunu Bizim.Media üçün şərh edən politoloq İlqar Vəlizadə qeyd edib ki, Azərbaycan öz mövqelərində möhkələnir və Rusiyanın bu prosesə müdaxilə etməsi üçün heç bir hüquqi əsası yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Erməni separatçıları Qarabağda atəşkəsi pozdu – Rusiya Müdafiə Nazirliyi


“Digər tərəfdən biz görürük ki, Ermənistan müxalifəti və separatçılar mövcud situasiyadan istifadə edərək, qondarma qurumun qalıqlarının Rusiyaya birləşdirilməsi məsələsini qaldırırlar. İndiki şəraitdə bu, Rusiyaya lazım deyil. Belə ki, separatçılar Azərbaycan ordusu ilə rus sülhməramlılarının üz-üzə qoymaq istəyirlər. Bu yeni münaqişənin alovlanması deməkdir ki, sözügedən proses Rusiyanın maraqlarına uyğun deyil.

Eyni zamanda Paşinyana da bunun hər hansı faydası yoxdur. Çünki bununla sülh danışıqlarına əngəl yarana bilər”.  

Politoloqun sözlərinə görə, Azərbaycan ordusunun irəliləməsi həm Rusiya, həm də Paşinyan iqtidarı üçün əlverişli ola bilər:

“Çünki bu, seprataçılara təsir forması kimi qəbul oluna bilər. Separatçılar dinc oturub, hərbi fəaliyyət və provokasiyalarla məşğul olmasaydılar, bəlkə də bölgədə başqa mənzərə yarana bilərdi. Lakin ardıkəsilməz provokasiyalar həm sülh danışıqlarını pozur, həm də Rusiya sülhməramlılarını pis vəziyyətdə qoyur”.

Bu cür situasiyanın yaranması Azərbaycan Ordusunun yeni mövqelərdə möhkəmlənməsi ehtimallarını gücləndirirmi?

“Əlbəttə, ordumuzun yeni mövqelərdə möhkəmlənməsi istisna olunmur. Diqqət yetirək, Azərbaycan Ordusunun yeni mövqelərdə möhkəmlənməsinin də səbəb və məqsədləri var.

Məqsəd ondan ibarətdir ki, separatçıların mövqeləri dəf olunsun. Çünki onlar müxtəlif mövqelərdən yaşayış məntəqələrini atəşə tutur, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə əngəl törətmək istəyirlər. 
Sülhməramlılar da bunu anlayır və erməni separatçıları ilə üz-üzə qalmaq istəmirlər. Dolayı yolla Azərbaycanın yeni mövqeləri nəzarətə götürməsi sülhməramlıların da maraqlarına cavab verir. Bu da bizə imkan verir ki, yeni təhlükə yarandıqda adekvat addımların atılması mümkün olsun”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin