Azərbaycanın xarici ticarət dövriyyəsi 63%-dən çox artdı

Hazırda oxunan: Azərbaycanın xarici ticarət dövriyyəsi 63%-dən çox artdı

70158

Azərbaycanın xarici ticarət dövriyyəsi bu ilin birinci rübündə 63,6% artaraq 10 mlrd. 908. mln. manat təşkil edib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövründə 6 mlrd. 668 mln. dollar olub.

Hesabat dövründə xarici ticarət dövriyyəsinin 7,981 milyard dolları ixracın, 2 mlrd. 927 mln. dolları isə idxalın payına düşüb. 

Son 1 ildə müvafiq olaraq ixrac 1,9 dəfə, idxal isə 15,7% artıb.

Xarici ticarətdə müsbət saldo isə 3,1 dəfə artaraq 5 mlrd. 54 mln. dollar təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin