Lənkəranda ana və oğulu bıçaqlayan şəxs özü də xəsarət aldı

Hazırda oxunan: Lənkəranda ana və oğulu bıçaqlayan şəxs özü də xəsarət aldı

70129

Lənkəranda ana və oğulu bıçaqlayan şəxs özü də xəsarət alıb. 

Bizim.Media-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Separadi kəndindəki fermada baş verib. 

Belə ki, rayonun Tükəvilə kənd sakini, 2003-cü il təvəllüdlü Firqət Fuad oğlu Ağazadə 1994-cü il təvəllüdlü Valeh Nadir oğlu Məmmədova məxsus fermaya  gəlib. 

Həyətdə qarşılaşdığı 1957-ci il təvəllüdlü Cəvahir Mürsəl qızı Məmmədovaya bıçaqla iki xəsarət yetirib. Səsə gələn oğlu V.Məmmədovla əlbəyaxa olub. Nəticədə hər ikisi xəsarətlər alıb. Fermaya soyuq silahla basqın edən F.Məmmədov  köməyə gələnlər tərəfindən zərərsizləşdirilib. Əlindəki bıçaq və ülgüc maddi sübut kimi götürülüb. 

Yaralıların hər üçü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti daha ağır olan V.Məmmədov əməliyyata alınıb, anasının vəziyyəti orta ağır kimi qiymətləndirilir. 

Hadisəni törədən F.Ağazadəyə ilkin tibbi yardım göstərilərək polisə təhvil verilib. Hadisənin baş verməsi haqqında bir neçə versiya var. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin