Zaqatalada baş verən dəhşətli qətlin TƏFƏRRÜATI - Qadın müəllimə olub, ər isə…

Hazırda oxunan: Zaqatalada baş verən dəhşətli qətlin TƏFƏRRÜATI - Qadın müəllimə olub, ər isə…

70039

Zaqatalada baş verən qətlin bəzi təffərruatları məlum olub.

Əri tərəfindən qətlə yetirilən Xavər  Həsənova (Hüşənova)  yaşadığı Yuxarı Çardaqlar kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyib.

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada ər əvvəlcə arvadını, sonra özünü öldürdü – RƏSMİ AÇIQLAMA


Bizim.Media APA-ya istinadən xəbər verir ki, qətli törədən Qılman Həsənov isə uzun müddət qonşu Rusiya dövlətinə işləməyə gedirmiş. 

Onun bir müddət əvvəl Rusiyadan qayıtdığı bildirilir. Ailənin bir qız, bir oğlan olmaqla azyaşlı iki övladı var. Hadisə baş verən zaman uşaqlar ata babasıgildə olublar. Hadisənin qısqanclıq və ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Meyitlər müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisə aprelin 17-i gecə saatlarında rayonun Yuxarı Çardaqlar kəndində baş verib. Kənd sakini 37 yaşlı Qılman Qurban oğlu Həsənov münaqişə zəminində kəsici alətlə həyat yoldaşı 37 yaşlı Xavər Şamil qızı Həsənovanın boğaz nahiyəsini kəsərək qətlə yetirib.

Daha sonra Qılman Həsənov özünün boğaz nahiyəsini kəsərək intihar edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin