Fransada prezident seçkilərin birinci turunun nəticələrinə etiraz əlaməti olaraq təxminən 23 min insan küçələrə çıxıb.
Bizim.Media TASS agentlyinə istinadla xəbər verir ki, indiyədək seçkinin nəticələrinə qarşı Parisdə təşkil olunan etiraz nümayişinə ümumilikdə 10 minədək adam qoşulub.
Bölgələrdə isə bu rəqəm 13,6 min nəfər təşkil edib.
Lill, Marsel və digər böyük şəhərlərdə küçələrə çıxan nümayişçilər əsasən “ifrat sağçılara” və xüsusən də Marin Le Penə qarşı çıxıblar. Lakin polislə toqquşmaların baş verdiyi Lion və Renn şəhərlərində isə nümayişçilər “Nə Makron, nə də Le Pen” şüarını səsləndiriblər.
Solçular aprelin 10-da keçirilən seçkilərin birinci turunda səslərin cəmi 1,25 faizi ilə rəqibindən geri qalan “Tabe olmayan Fransa” hərəkatının lideri Jan-Lük Melenşonu dəstəkləyirlər.
Xatırladaq ki, aprelin 10-da Fransada prezident seçkilərinin birinci turu keçirilib. Seçkilərdə 12 namizəd iştirak edib.
Səsvermənin nəticələrinə görə, Fransanın hazırkı prezidenti Emmanuel Makron 27,84 faiz səslə irəlidədir. Onu “Milli birlik” partiyasından namizəd Marin Le Pen 23,15 faiz səslə müşayiət edir.
Seçkilərin ikinci turu aprelin 24-də keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:36 / 17.04.2022
Fransada insanlar küçələrə axışdı - SƏBƏB
Hazırda oxunan: Fransada insanlar küçələrə axışdı - SƏBƏB
Hazırda oxunan: Fransada insanlar küçələrə axışdı - SƏBƏB
70019
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.