Xəbər verdiyimiz kimi, aprelin 12-si rusiyayönümlü mövqeyi ilə tanınan ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Bizim.Media xəbər verir ki, onun həyat yoldaşı Oksana Marçenko Vladimir Putinə müraciət edib.
O, rəsmi Kiyev və Moskva müvafiq razılığa gələrsə, V.Medvedçukun Rusiyaya ekstradisiya edilməyə və ya rus hərbçiləri tərəfindən əsir götürülən Britaniya vətəndaşları ilə dəyişdirilməyə razı olduğunu açıqlayıb.
Qeyd edək ki, Viktor Medvedçukun həyat yoldaşı bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana kömək üçün müraciət etmişdi.
Bizim.Media