Mingəçevirdə kanalda batan şəxsin kimliyi məlum olub.
Bizim.Media xəbər verir ki, Yuxarı Qarabağ kanalının Mingəçevirdən keçən hissəsində suda batan şəxs 19 yaşlı Allahverdi Əhmədovdur.
MÖVZU İLƏ BAĞLI:
19 yaşlı oğlan 2 gündür itkin düşüb – FHN axtarışa qoşuldu
İlkin araşdırmalar zamanı məlum olub ki, A.Əhmədov bir neçə gün əvvəl qulluq etdiyi hərbi hissədən 10 günlük məzuniyyətə çıxaraq yaşadığı Mingəçevir şəhərinə gəlib. 2 gün əvvəl isə Allahverdi yaşadığı evi tərk edib və bundan sonra ondan xəbər almaq mümkün olmayıb.
Allahverdi Əhmədovun axtarışlarına FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Onun hansı şəraitdə su kanalına düşməsi hələlik məlum deyil.
Qeyd edək ki, A.Əhmədov 6 ayın əsgəri olub.
Bizim.Media