Azərbaycan müasir hərb tarixində yenilikləri ilə bir çox beynəlxalq təşkilat və qurumların diqqətini cəlb edib. Vətən Müharibəsi zamanı düzgün strategiya və müasir silahlardan düzgün istfadə savaşın gedişatını və sonunu müəyyən etdi.
Bizim.Media xəbər verir ki, məşhur “Global Firepower” reytinqi 2021-ci il üçün ölkələrin hərbi güclərinin sıralamasında Azərbaycan bu siyahıda 138 ölkə arasında 63-cü yerdə qərarlaşıb.
Ermənistan Ordusu isə bu siyahıda 96-cı yerdə qərarlaşıb.
Təbii ki, ordu quruculuğuna ayrılan diqqət, Ali Baş Komandanın son müşavirədə ordunun daha da gücləndirilməsi üçün verdiyi tapşırıqlar növbəti illərdə, sözügedən reytinq cədvəllərində daha da irəlləməyə zəmn yaradacaq.
NATO kimi beynəlxalq təşkilatların Azərbaycanın ordu quruculuğuna həssas yanaşması diqqət çəkir. Bəs belə olduğu təqdirdə Azərbaycan NATO üzvü ola bilərmi?
Politoloq İlyas Hüseynov hesab edir ki, Azərbaycan ordusunun peşəkarlığının bir çox qurumların diqqətini çəkir:
“Azərbaycan ordusunun peşəkarlığının artırılması NATO-nun strateqlərinin də diqqətini çəkir. Çünki NATO üçün ilk növbətə müdafiə qabiliyyəti güclü olan, müasir texnologiyaklardan istifadə etmək bacarıq və vərdişləri olan, həm də güclü və qüdrətli bir ordunun öz sıralarına daxil edilməsi planları vardır. Lakin Azərbaycan bu tədbirləri öz təhlükəsizliyinin qorunması baxımından həyata keçirir”, - deyə İ.Hüseynov əlavə edib.
Bizim.Media-nın sorğusuna NATO-nun sözçüsü Rehanna Conasın rəsmi cavabı isə belə oldu:
“NATO-ya üzvlük üçün müraciət etmək suveren qərardır. NATO-ya üzv olmaq üçün müraciət etmək, qoşulmağı istəyib-istəməmək üçün ölkə özü müraciət etməlidir. Üzvlüyə qəbulu isə NATO müttəfiqləri verə bilər. Lakin Azərbaycandan belə bir təklif hələ ki, yoxdur”, - deyə R.Conasın qeyd edib.
Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması isə hələ ki, NATO-ya üzv olmayacağını deməyə əsas verir.
Lakin Azərbaycanın NATO ilə münasibətləri də yüksək səviyyədədir. Həmçinin NATO üzvü olan ölkələrlə mütamadi olaraq hərbi təlimlərin keçirilməsi və bu təlimlərin bundan sonra da davam etməsi planlaşdırılır.
Tehran, Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:00 / 16.04.2022
Azərbaycan NATO-ya üzv olacaq? – Qurumdan rəsmi cavab
Hazırda oxunan: Azərbaycan NATO-ya üzv olacaq? – Qurumdan rəsmi cavab
Hazırda oxunan: Azərbaycan NATO-ya üzv olacaq? – Qurumdan rəsmi cavab
69956
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.