Bayram günü necə qidalanmalı? – DİETOLOQ MƏSLƏHƏTİ

Hazırda oxunan: Bayram günü necə qidalanmalı? – DİETOLOQ MƏSLƏHƏTİ

6995

Bayram gününü daha da yadda qalan edən həmin günü açılacaq süfrədir. Azərbaycanlılar hər zaman qonaqpərvər millət kimi xarakterizə olunub. Ona görə bizdə hər açılan süfrə diqqətlə hesablanır.

Ancaq süfrənin gözəl olması onun heç də düzgün seçilmiş, sağlamlığa zərər verməyən qidalar olduğu demək deyil.

Dietoloq Zeynəb Azəri Bizim.Media-ya açıqlamasında Yeni il bayramında süfrəmizə düzüləcək təamları hazırlayarkən hansı nüanslara fikir verməli olduğumuz məqamları açıqlayıb.

Onun fikrincə, bayram axşamı şəkərli və unlu qidalardan imtina etmək lazımdır, çünki bu, bizim sağlamlığımıza birbaşa zərbədir:

“Bu təamlar  kökəltməklə yanaşı bizim bütün daxili orqanlarımızı tədricən sıradan çıxarır. Bayram süfrələrini ən gözəl  protein qaynağı olan kabablar bəzəsə daha yaxşı olar. Bu, bütün növ ətlərdən ola bilər. Hind toyuğu, adi toyuq, mal, qoyun, balıq ətindən olan kabablarla rahat şəkildə qidalana bilərsiniz”.

Z. Azəri bildirib ki, salatların hazırlanması üçün mayonezdən istifadə şərt deyil:

"Biz hər zaman mayonezli salatlara üstünlük veririk, lakin sağlamlığımızın qeydinə qalmaq istəyiriksə, ağzımızın dadını mayonezsiz salatlar ilə dəyişməliyik”.

Dietoloqun şirniyyat sevənlərə də təklifi var. Onun fikrincə, şirniyyatı meyvələrlə əvəz etmək olar:

“Allahın bizə bəxş etdiyi təbii şirniyyat meyvələrdir. Onlarla qidalansaq, daha yaxşı olar. Bu, bizim orqanizmimiz üçün də xeyirlidir. Bundan başqa bayramda yediklərimizi rahat həzm etmək üçün qatıqdan istifadə edə bilərik. Bildiyimiz kimi qatıq probiotikdir. Bu maddə isə mədə bağrsaq sistemi üçün əvəzolunmaz qidadır”,- deyə dietoloq vurğulayıb.

Sonda mütəxəssis yeməklərin az miqdarda hazırlamağı da tövsiyyə edib.

“Bayram süfrəsindən qalmış yeməklərdən sonradan istifadə etmək düzgün deyil. Xörəklər süfrədə bir-iki saat qaldıqdan sonra onun içərisində zərərli bakteriyalar yaranır. Bu da zəhərlənmələrə səbəb ola bilər. Xörəklərin az miqdarda hazırlanması və istifadəsı daha məsləhətlidir”, - deyə o fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin