I qrup üzrə dövlət sifarişli yerlərin sayı ARTDI

Hazırda oxunan: I qrup üzrə dövlət sifarişli yerlərin sayı ARTDI

69946

“Bizdə ilkin sənəd verənlər 98 minə çatıb”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib. 

Sədr bildirib ki, üçüncü qrup üzrə 18 min sənəd verən var:

“Dördüncü qrup üzrə 4364 nəfər sənəd verən var, ən kəskin mübarizə bu qrupdadır. Bura sənəd verənlərin tam yarısı 184 baldan aşağı nəticə göstərib. Bu indi yaranan müsabiqə vəziyyətidir”. 

O qeyd edib ki, bu il dəqiq ikinci cəhd olacaq:

“I qrup üzrə təxminən 7% artma var, III qrup üzrə sənədlərin sayı isə 5,3 % artıb. I qrup üzrə dövlət sifarişli yerlərin sayı artıb, II qrup üzrə dövlət sifarişli yerlərin sayı azalıb. Bu da bəzi ixtisasların III qrupa keçməsi ilə əlaqədardır. Ümumi yerlərin sayı 4,65% artıb. Bu, hələ təsdiqlənməmiş rəqəmlərdir. Müsabiqə vəziyyəti III və IV qruplar üzrə həmişə olduğu kimi daha gərgin olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin