Goranboydakı məktəb ACINACAQLI VƏZİYYƏTDƏ: Hər an çökə bilər – FOTO/VİDEO

Hazırda oxunan: Goranboydakı məktəb ACINACAQLI VƏZİYYƏTDƏ: Hər an çökə bilər – FOTO/VİDEO

69923

Goranboy rayonunun 2 saylı tam orta məktəb binası qəzalı vəziyyətə düşüb, 480 şagird başqa təhsil ocağına köçürülüb.  

Bizim.Media-nın məlumatına görə, 50-55 il öncə tikilən binanın 2-ci mərtəbəsində yaranan iri çatlar, korpusda baş verən çökmələr təhsil ocağını təhlükəli vəziyyətə salıb.

Məktəbin direktor müavini Müşfiq Mustafayevin sözlərinə görə, artıq məktəblilər başqa məktəbə köçürülüb:  

“Məktəbdə ümumi 1107 şagird təhsil alır. 5 yaşlı və ibtidai siniflərdən ibarət 24 sinif Goranboy rayon 1 saylı orta məktəbə köçürülüb. Təxminən 480 nəfər uşaq məktəbin qəzalı şəraitinə görə köçürülüb. Baş verə biləcək təhlükənin qarşısını almaq üçün qəzalı korpusda olan siniflərə giriş-çıxış bağlanıb. Həmçinin aprelin 23-nə DİM tərəfindən qəzalı məktəbə salınan imtahan da ləğv edilib. İmtahan Goranboy şəhər İnteqrasiya tipli internat məktəbində keçirəcəkdir”.  

Qeyd edək ki, 2 saylı orta məktəbin binasında Kəlbəcər rayon 76 saylı məktəb də yerləşib.

Burada 95 şagird, 30-a yaxın müəllim 2-ci növbə olaraq dərs keçir. Binanın qəzalı vəziyyətə düşməsi ilə bağlı Goranboy rayon İcra hakimiyyətinə, Təhsil Nazirliyinə məlumat verilib. Adiyyatı qurumlar tərəfindən binaya baxış keçirilib.  

Ehtiram Muradov, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin