3 yaşlı uşağın adına 23 il əvvəl alınan avtomobillə bağlı DİN-dən CAVAB - ÖZƏL

Hazırda oxunan: 3 yaşlı uşağın adına 23 il əvvəl alınan avtomobillə bağlı DİN-dən CAVAB - ÖZƏL

69914

Bir neçə gün öncə Goranboyda 3 yaşlı uşağın adında maşının aşkar edilməsi ilə ailənin ünvanlı sosial yardımının kəsilməsi haqqında xəbəri diqqətinizə çatdırmışdıq.

İşıqlandırdığımız bu problemə aidiyyatı qurumların reaksiyası gecikməyib.

Belə ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Bizim.Media-ya bildirib ki, qaldırılan məsələ heç də təmsil etdiyi qurumun hər hansı formada səhlənkarlığı səbəbindən yaranmayıb:

"Məsələnin mahiyyəti ondan ibarətdir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istifadəsində olan nəqliyyat vasitələri və onların mülkiyyətçiləri barədə qeydiyyatın uçot bazasında 10-HX-563 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi ilə Hüseyn Aslanovun 3 yaşlı övladının soyadı, adı və ata adı eynilik təşkil edir. Odur ki, aidiyyəti dövlət qurumu DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi sistemindən elektron qaydada məlumat alarkən anlaşılmazlıq yaranır ki, bununda aradan qaldırılması üşün Hüseyn Aslanovun Dövlət Sosial Müdafiə Fonduna fərdi qaydada müraciət etməsi tövsiyə olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Goranboyda ŞOK HADİSƏ: 3 yaşlı uşağın adına 23 il əvvəl necə avtomobil alınıb? - FOTO


Goranboy rayonunun Balakürd kənd sakini olan Aslanovlar ailəsinin sosial yardım ala bilməməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin və onun struktur qurumları tərəfindən heç bir halda pozuntuya yol verilməyib”,- deyə qeyd edən qurum rəsmisi sosial yardımın bərpa olunması üçün vətəndaşın aidiyyatı üzrə yenidən müraciət etməsini tövsiyə edib.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili isə məsələnin diqqətdə olduğunu və bununla bağlı məlumat veriləcəyini bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin