Rusiya Ukraynaya atom bombası atacaq? - "Heç bir əlamət görmürük"

Hazırda oxunan: Rusiya Ukraynaya atom bombası atacaq? - "Heç bir əlamət görmürük"

69865

Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksanr Motuzyanik bu gün keçirdiyi brifinqdə Rusiyanın nüvə silahından istifadə etmək ehtimalından danışıb.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, o, Ukrayanın bununla bağlı dəqiq informasiyaya malik olmadığını açıqlayıb:

“Nüvə silahları Rusiyanın sonuncu üstünlüyüdür. Hələlik biz Rusiyanın bu silahlardan istifadə edə biləcəyinə dair heç bir əlamət görmürük. Kəşfiyyatımızda belə bir məlumat yoxdur”.
Aleksanr Motuzyanik əlavə edib ki, Ukraynanın məlumat mübadiləsi etdiyi xarici tərəfdaşları və xarici kəşfiyyat təşkilatları da bu məlumatı hələki təsdiqləməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin