Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) işini şəffaf qurub. Amma 30 mart 2022-ci il tarixdə cəmi 4 saniyədə 442 mənzilin satılması (talan edilməsi də demək olar) gündəmi bomba kimi partlatdı. Ciddi araşdırmalar nəticəsində üzə çıxdı ki, haker əməliyyatları nəticəsində bu sistemə müdaxilə edilib. Və 4 saniyədə “xarüqə” yaradan 6 nəfər həbs edildi. DTX və MİDA bu barədə birgə məlumat yayıb.
İlkin nəticələr də göstərir ki, baş verən manipulyasiya halı MİDA-dan qaynaqlanmır. Burada manipulyasiya edənlər ayrı-ayrı işbazlardır. Bütün hallarda baş vermiş insident MİDA-nı belə kənar müdaxilələrdən xilas olmaq və öz reputasiyasını qorumaq üçün prosesdə daha təkmil yollar axtarmasına sövq edəcək.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında ekspert Cümşüd Nuriyev bildirib ki, MİDA-nın xeyirxah işinə kölgə salanlar ölkədə narazılıq mühiti yaratmaq niyyəti güdür:
“Qurumun fəaliyyətinə güclü nəzarət var. Fəaliyyəti buna görə də tam şəffafdır. Amma təəssüf ki, müəyyən qüvvələr dövlətin həyata keçirdiyi xeyirxaq işləri pis yönə yönəldir. Bir qrup şəxs öz marağına uyğun hərəkət edir və onlar üçün dövlət maraqları önəm daşımır. Belədə dövlət tərəfindən görülən işi gözdən salırlar. Çox güman bu fırıldaqçılıqla məşğul olanlar haker qrupudur. Hazırda dünyada kiber təhlükəsizliyi məsələsində ciddi problemlər var. İşbazlar istənilən sayta daxil olub, istədiklərinə nail ola bilir”.
Ekspertin sözlərinə görə, bu özbaşınalıqda daxildəki qarışıqlıq salmaq istəyən qüvvələrlə yanaşı, bəzi xarici qüvvələr də maraqlıdır:
“Azərbaycan daxilində müəyyən qüvvələr qarışıqlıq yaranmasında maraqlıdır. Eyni zamanda, Azərbaycanın müharibədə qazandığı şanlı qələbəni bir çox dövlətlər həzm edə bilmir. Belədə, Ermənistan və onun havadarları da ölkəmizdə qarşıdurma olmasına çalışırlar. Onlar çalışır ki, daxildə sülh olmasın. Ona görə də bu kimi haqsızlıqlara yol verirlər ki, vətəndaşların narazılığı yaransın”.
Nuriyev MİDA-ya belə insidentlərin təkrarlanmaması üçün mənzil verilməsi üzrə satış variantını dəyişməyi təklif edir:
“Proses onlayn keçirilməməlidir. Çünki bu halda hakerlər istədiklərini edə bilirlər. Ona görə də prosesi açıq hərrac yolu ilə etmək daha yaxşı olardı. Əks halda, belə müdaxilələr təkrarlanacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 15.04.2022
MİDA-da 4 saniyəlik əməliyyatın 6 GÜNAHKARI – Pərdəarxasında daha hansı OYUNLAR QURULUB?
Hazırda oxunan: MİDA-da 4 saniyəlik əməliyyatın 6 GÜNAHKARI – Pərdəarxasında daha hansı OYUNLAR QURULUB?
Hazırda oxunan: MİDA-da 4 saniyəlik əməliyyatın 6 GÜNAHKARI – Pərdəarxasında daha hansı OYUNLAR QURULUB?
69842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.