Türkiyə Aİ-yə nota verdi

Hazırda oxunan: Türkiyə Aİ-yə nota verdi

69831

Türkiyə Avropa İttifaqına nota verib. 

Bizim.Media xəbər verir ki, Avropa İttifaqı ilə Türkiyə Xarici İşlər Nazirliyi arasında türk işçilərə TL ilə maaş verilməsi qərarı ilə başlayan diplomatik böhran Türkiyə tərəfindən Avropa İttifaqı notanın verilməsi ilə nəticələnib. 

Aİ-nin Osman Kavala mövzusunda Türkiyəyə təzyiqləri artırdıqdan sonra aldığı daxili bir qərara əsasən, İttifaqın Türkiyə ofisində çalışan 78 işçinin maaşının lira ilə ödənilməsinə qərar verilib. 
Heyətdə çalışan işçilər avro ilə olan maaşları birtərəfli qaydada türk lirəsinə çevrildikdən və prosesdə işçilər haqlı sayıldıqdan sonra Aİ-nin Türkiyə nümayəndəliyinə qarşı iddia qaldırıb. Aİ-nin Türkiyədəki Nümayəndəliyinin məhkəmə xərcləri üçün işçilərə təxminən 5 milyon avro, Türkiyəyə isə 2 milyon 800 min TL ödəməsi qərara alınıb, lakin Avropa İttifaqı bu günə qədər heç bir ödəniş etməyib. 

Türkiyə Xarici İşlər Nazirliyi məhkəmənin qərarına baxmayaraq ödənişi etməməkdə israrlı olan Aİ-nin Türkiyədəki nümayəndəliyinə nota göndərib.

Nazirlikdən göndərilən qeyddə məsələnin tez bir zamanda həll edilməsi və məhkəmənin çıxardığı yekun məhkəmə qərarlarına uyğun münasibətin göstərilməsi xahiş olunub. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin