Rusiya öz ərazilərini atəşə tutur - Ukrayna Təhlükəsizlik Xidməti - VİDEO

Hazırda oxunan: Rusiya öz ərazilərini atəşə tutur - Ukrayna Təhlükəsizlik Xidməti - VİDEO

69783

“Rusiya hərbçiləri Ukraynanı ittiham etmək üçün Bryansk vilayətində, Klimovo kəndində öz ərazisini atəşə tutub”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb. 

Belə ki, UTX hazırda Donetsk vilayətində olan rusiyalı hərbçinin telefon danışığını ələ keçirib.

Hərbçi Rusiya qüvvələrinin həmin kəndi necə atəşə tutmasını həyat yoldaşına danışıb. 

“Bunu bizimkilər vurur. Rəhbərliklə danışdıq, dedilər ki, düzdür. Eyni zibil Çeçenistan müharibəsində də olub. Moskvada mənzilləri partladırdılar, guya terrorçular edib. Əslində, onlar FTX əməkdaşlarıdır. Ukrayna Silahlı Qüvvələri Klimovoya belə məsafədən atəş aça bilməzdilər”, – deyə səsyazısında qeyd olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin