Azərbaycanda rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama aprelin 14-də Şəhidlər xiyabanını ziyarət edib.
Bizim.Media xəbər verir ki, Baş nazir ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Albaniyanın Baş naziri Edi Ramaya Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:42 / 14.04.2022
Albaniyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət etdi
Hazırda oxunan: Albaniyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət etdi
Hazırda oxunan: Albaniyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət etdi
69697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.