Paşinyan Serj Sarkisyanın yalanını ifşa etdi: “Məqsədi hakimiyyəti ələ keçirmək olub”

Hazırda oxunan: Paşinyan Serj Sarkisyanın yalanını ifşa etdi: “Məqsədi hakimiyyəti ələ keçirmək olub”

69683

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın bəyanatına diqqət çəkərək onun yalanını ifşa edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “aysor.am” saytı yayıb.

“Serj Sarkisyan üç saatlıq müzakirənin yalnız bir epizoduna toxunaraq deyib ki, “Artsax” (Qarabağdakı qondarma rejim) probleminin mərhələli həlli ilə bağlı heç vaxt danışıqlar aparmayıb. Ancaq o, bir neçə dəfə açıq şəkildə mərhələli və paket variant arasındakı fərq barədə danışdı və dedi ki, paket variantı bir gün və ya bir saat ərzində həyata keçirilə bilməz, ancaq mərhələli şəkildə həyata keçirilə bilər”, deyə o, qeyd edib.

O bildirib ki, Serj Sarkisyan yalnız bir epizoda reaksiya verib, çünki bu epizodun aydınlaşdırılması bir fundamental məsələni həll edir:

1998-ci ildə hakimiyyət dəyişikliyi Qarabağın hansısa statusu üçün yox, hakimiyyətin ələ keçirilməsi üçün olub.
“Onun yalnız bu epizoda istinad etməsinin səbəbi budur, çünki bu aydınlıq təkcə 20 illik hekayənin tamamilə fərqli kontekstdə olduğunu göstərir. Təsadüfi deyil ki, 2020-ci il müharibəsindən sonra Serj Sarkisyan 2018-ci illə bağlı bunları deyib:

“O zaman mən Qarabağ məsələsinə görə baş nazir qalmaq istəyirdim”. Onlar üçün hər şeyin legitimliyi Qarabağ məsələsidir”, - Paşinyan bildirib.

Paşinyanın fikrincə, Serj Sarkisyan 2018-ci il aprelin 17-də Qarabağ məsələsini necə həll etmək istəyirdi ki, danışıqların dayandığını elan edib və  “Azərbaycanın danışıqlar prosesindən gözləntiləri real deyil və bizim üçün qəbuledilməzdir” ifadəsini işlədib.

“O, Azərbaycanın real olmayan tələblərini qəbul edəcəkdimi?”, Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, 1996-cı ildə Şuşa məsələsi danışıqlar masasında olub.

“Serj Sarkisyan Şuşanı təslim edəcəkdi? Etməyəcəkdi, çünki müharibə başlayardı. Söhbət təkcə Şuşadan deyil, həm də Qarabağın digər hissəsindən gedir”, - Paşinyan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin