“İsmayıllı-Lahıc yolunun 28-ci kilometrliyində sərt yamac üzrə kiçik bir sahədə lokal uçma prosesi baş verib. Bu sürüşmə deyil, yalnız uçma xarakterli geoloji prosesdir. Hündürlüyü 80 m olan dik yamacın uçması nəticəsində yolun 6-8 m hissəsi tamamilə bağlanmışdı”.
Bizim.Media xəbər verir ki, bu informasiyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev yayıb.
Onun sözlərinə görə, əhəngdaşı və qumdaşı tərkibli sıxlaşmış asılı geoloji süxurlar dayanıqlılığını itirib və yol boyunda kiçik bir ərazini bağlayıb:
“Hazırda ərazidə bərpa-təmir işləri gedir. Hərəkət müəyyən qədər təmin edilib. Amma iri bir qaya parçasının yolun əsas hissəsində qalması çətinlik doğurur.
Bununla bağlı da hazırda işlər görülür. Proses son dövrlərin yağışları nəticəsində dik yamac boyu islanma hadisəsinin artması, süxurların ağırlaşması və eyni zamanda çatlı süxurlarda dayanıqlılığın itməsi nəticəsində baş verib”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:19 / 14.04.2022
Lahıcdakı uçqun buna görə olub - Nazirlik səbəbi açıqladı
Hazırda oxunan: Lahıcdakı uçqun buna görə olub - Nazirlik səbəbi açıqladı
Hazırda oxunan: Lahıcdakı uçqun buna görə olub - Nazirlik səbəbi açıqladı
69674
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.