Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Dövlət Vergi Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, indiyədək ölkə ərazisində 58.095 ədəd yeni nəsil NKA quraşdırılıb.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2022-ci ilin yanvar-mart aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4,3 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:17 / 14.04.2022
Azərbaycanda kassa aparatları ilə dövriyyə 38,1% çoxalıb
Hazırda oxunan: Azərbaycanda kassa aparatları ilə dövriyyə 38,1% çoxalıb
Hazırda oxunan: Azərbaycanda kassa aparatları ilə dövriyyə 38,1% çoxalıb
69673
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.