İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə məktub göndərdi 

Hazırda oxunan: İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə məktub göndərdi 

69661

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifə məktub göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Baş nazir, 

Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. 

Möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Pakistan əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. 

Sizə cansağlığı, xoşbəxtlik, qardaş Pakistan İslam Respublikasının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin