Hər hansı bir peyvənd dozasının (birinci, ikinci və ya buster) tətbiqi ilə bağlı tövsiyələr fayda və risklərin hərtərəfli nəzərə alınması da daxil olmaqla, peyvəndin təhlükəsizliyi və effektivliyinə dair mövcud sübutların qiymətləndirilməsinə əsaslanır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyi yayıb.
Qeyd olunub ki, mövcud sübutlara əsasən, ÜST və ÜST-nin Avropa Regionunda Milli İmmunlaşdırma Texniki Məsləhət Qruplarının əksəriyyəti hazırda bir çox ölkələrdə tətbiq olunan üçüncü dozadan artıq əlavə COVID-19 buster dozalarını tövsiyə etməyib.
"ÜST peyvəndin effektivliyi ilə bağlı meydana çıxan sübutları nəzərdən keçirməyə davam edəcək və buster dozalar da daxil olmaqla, COVID-19 peyvəndi siyasəti ilə bağlı ölkələrə əlavə təlimatlar təqdim edəcək", - deyə əlavə edilib.
Bizim.Media
- A-
- A
- A+
COP29
09:44 / 14.04.2022
Busterdən əlavə vaksin vurulmalıdır? - ÜST-dən AÇIQLAMA
Hazırda oxunan: Busterdən əlavə vaksin vurulmalıdır? - ÜST-dən AÇIQLAMA
Hazırda oxunan: Busterdən əlavə vaksin vurulmalıdır? - ÜST-dən AÇIQLAMA
69561
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.