Qadın öz bacısını dünyaya gətirib, anasına verdi - FOTO

Hazırda oxunan: Qadın öz bacısını dünyaya gətirib, anasına verdi - FOTO

6952

Şotlandiyada gənc qadın öz bacısını dünyaya gətirib.

Bizim.Media xəbər verir ki, 25 yaşlı Holli Sammers 49 yaşlı anası Fey üçün suroqat analıq və yumurta donorluğu edib.

Məlumata görə, Fey və 46 yaşlı əri Endryu (Sammersin ögey atası) uzun illər uşaq arzusunda olublar. Lakin bu, elə arzu olaraq qalıb.

Nəhayət onlar Sammersi surroqat ana olmağa dəvət ediblər. Lakin tədqiqatlar zamanı ananın yumurta hüceyrələrinin yararsız olduğu məlum olur. Bundan sonla Holli həm surroqat ana, həm də yumurta donoru olub.

Sammers dünyaya gətirdiyi bacısının adını Uillou qoyub. Bundan başqa qadının 3 yaşlı Arven adlı qızı da var.

Sammers dünyaya gətirdiyi uşağın anasının qızı olduğunu tam qəbul edir.

"Mən Uillounu dünyaya gətirdim və heç bir tərəddüdsüz dərhal anama verdim. Uillou mənim yumurta hüceyrəmdən dünyaya gəlsə də, onun yeganə anası var və bu, mən deyiləm. Endryu və anam evlənən günündən övlad arzusuna olublar. Ancaq anam sterilizasiyadan keçmişdi və çoxdan buna peşman olub". (medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin