Mirzoyan: “Ceyhun Bayramovla mümkün sülh sazişinin imzalanmasını müzakirə etdik”

Hazırda oxunan: Mirzoyan: “Ceyhun Bayramovla mümkün sülh sazişinin imzalanmasını müzakirə etdik”

69496

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla aprelin 11-də baş tutmuş telefon danışığı zamanı mümkün sülh sazişinin imzalanmasını müzakirə etdik”. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zaman bildirib. 

“Ceyhun Bayramovla telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub. Sərhədlərin delimitasiya və demarkasiya məsələləri üzrə komissiyanın formalaşması mexanizmlərini, həmçinin, mümkün sülh sazişinin imzalanması barədə tərəflərin baxışı müzakirə olunub”, - deyə Ermənistan XİN qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin