Azərbaycanda yayım operatorlarının üzərinə yeni lisenziya almaq öhdəliyi qoyuldu - FOTO

Hazırda oxunan: Azərbaycanda yayım operatorlarının üzərinə yeni lisenziya almaq öhdəliyi qoyuldu - FOTO

69481

Azərbaycan Respublikası Audiovizual Şurasının inzibati binasında Azərbaycanda fəaliyyət göstərən yayım operatorlarının (kabel və İPTV) bir qisminin rəhbər və səlahiyyətli şəxsləri ilə görüş keçirilib. 

Bu barədə Bizim.Media-ya Şuradan məlumat verilib. 

Görüşdə "Media haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və ondan irəli gələn məsələlər, yayım operatorlarının yeni hüquqi rejimdə fəaliyyətinin xüsusiyyətləri, mövcud lisenziyaların yeni lisenziyalarla əvəz olunması, xarici kanalların retranslyasiyası zamanı müəllif hüquqlarının qorunması və pirat kontentlə mübarizə kimi məsələlər, ümumən, audiovizual mediada olan yeniliklər, audiovizual yayımın tənzimlənməsində tənzimləmə, özünütənzimləmə və birgə tənzimləmə metodlarından istifadə ətrafında geniş müzakirələr aparılıb. 

Qeyd olunan yeniliklərlə bağlı operatorlarla daimi kommunikasiyanın saxlanılması, canlı və ya onlayn platformada mütəmadi görüşlərin keçirilməsi planlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin