MİDA-dakı “5 saniyə” qalmaqalına görə araşdırma başladı - “Proqram”çılar və ev alanlar dindirilir  

Hazırda oxunan: MİDA-dakı “5 saniyə” qalmaqalına görə araşdırma başladı - “Proqram”çılar və ev alanlar dindirilir  

69477

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində güzəştli mənzil satışını həyata keçirməsi ciddi narazılıqlar yaratdı. Səbəb isə 442 mənzilin bir neçə saniyədə satılması idi. 

Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, mənzil seçimində iştirak edən 9 minə yaxın müraciətçinin çoxu seçim prosesinin şəffaf keçirilmədiyi qənaətindədir. Bu barədə sosial şəbəkələr vasitəsi ilə ciddi narazılıqlar bildirilir. 

Güzəştli mənzillərin bu qədər qısa zamanda satılmasının "xüsusi proqram təminatından" istifadə ilə mümkün olduğu deyilir. 

Qeyd edilir ki, "uVision", "Mousereader" kimi proqramlardan istifadə edilib və bunun üçün xüsusi “proqramçı”lar tutulub. 

Mütəxəssislər də deyir ki, əgər mənzillər 5-6 saniyəyə seçilirsə, deməli həmin adamlar hansısa "proqramdan" istifadə ediblər. 

Məhz bu kimi iddialardan sonra araşdırmalar başlayıb. Bu günə qədər yüzlərlə insanın xüsusi proqramlardan istifadə etdiyi üzə çıxıb. 

Məlumata görə artıq ev alan şəxslər arasında xüsusi proqramlardan istifadə etmiş şəxslər də müəyyən edilib və onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilir. 
Həmçinin onu da bildirək ki, xüsusi “proqramçı”lara mənzil qazanmaq üçün 10-15 min manat civarında və ya daha artıq pul ödəyən şəxslər də var ki, onların bir çoxu aldadılıb. Bir qrup “proqramçı” pulları alaraq aradan çıxıb. İndi həmin vətəndaşlar da zərərçəkmiş kimi hüquq-mühafizə orqanlarına üz tutublar. 

Araşdırmalar davam edir. 

MİDA bu ittihamları qəbul etmir və deyir ki, evlərin satışı 13 dəqiqədən artıq çəkib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin