“Qarabağda öz erməni vətəndaşlarımızı xilasetmə əməliyyatına başlamalıyıq” - DEPUTAT

Hazırda oxunan: “Qarabağda öz erməni vətəndaşlarımızı xilasetmə əməliyyatına başlamalıyıq” - DEPUTAT

69447

"Bunlar bir həftə qazsız qalıblar, bu, humanitar fəlakətdir? Bəs, Naxçıvan 15 il qazsız qalanda niyə humanitar fəlakət deyildi. Sualdır bu. Bu suala cavab var? Var! İkili standartlar və ayrı-seçkilik. Biz indi qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər. Biz, sadəcə olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə bilər? Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq".

Bu fikirlər Azərbaycan Prezidentinin cari ilin birinci rübünün yekunlarına həsr edilən müşavirədə etdiyi çıxışdandır.

İlham Əliyev çıxışının bu hissəsində beynəlxalq aləmdə hökm sürən ikili standartlara toxunaraq Azərbaycanın mövqeyini bird aha ortya qoyub və dövlətimizin öz prinsiplərinə sadiq olduğunu nümayiş etdirib. Xüsusi olaraq qeyd edib ki, Qarabağ Azərbaycandır və Xankəndi də onun ayrılmaz hissəsidir. Gec-tez Azərbaycan bayrağı bu şəhərimizdə də dalğalanacaq, ermənilər bunu nə qədər tez anlasalar, özləri qazanmış olacaqlar. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, ermənilər bu prosesi ləngitdikcə Azərbaycanın başqa yolu qalmayacaq və dövlətimiz öz vətəndaşı olan erməniləri terrorçulardan xilas etmə hərəkatına başlamalı olacaq: 
 

MÖVZU İLƏ BAĞLI:

"Azəriqaz" Xankəndinə gedən qaz xəttinin fəaliyyətini BƏRPA ETDİ 


“Azərbaycan Prezidentinin bu çıxışla diqqət mərkəzinə çatdırır ki, revanşist duyğuları daşınmaqda davam edən ermənilər bununla özlərinin məhv edəcəklər. Ona görə ermənilər bunu anlamalıdır. Təəssüf ki, ermənilər hələlik öz iradələrini ortaya qoymaq imkanına sahib deyil. Çünki terrorçuların girovu altındadlır. Azərbaycan əslində Azərbaycan vətəndaşı olan erməniləri terrorçulardan xilas hərəkatına başlamalıdır. Bu funksiyanı Azərbaycan yerinə yetirməlidir. O əraziləri bütün terrorçulardan təmizləməlidir.
 

Çünki onlar vətəndaşlarımızdır. Ermənistanla sərhədlərin delimitasiyasından sonra Qarabağın erməni əhalisinin Azərbaycan vətəndaşı kimi normal yaşaması təmin edilməlidir. Təklif olunan da budur”. 


Deputat qeyd edir ki, təklifi özümüz gerçəkləşdirməsək, Ermənistanın bu istiqamətdə hansısa şəkildə düzəlməsi mümkün deyil: 

“Prezident də çıxışında buna işarə vurub. Dünyanın çığır-bağırtısı boş şeydir. Qarabağda yaşayan da, Naxçıvanda yaşayan da insandır. Amma onlar birinə insan deyir, digərinə münasibətdə isə qazsız qalmasına göz yumurlar. Ona görə bu məsələdə Prezident iradında tam haqlıdır. Bu məsələdə mövqeyimizi ortaya qoymalıyıq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin