“Mariupolda kimyəvi silahdan istifadə edilməsi ehtimalı var”.
Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Vadim Boyçenko açıqlama verib.
“Mariupolun ətrafında yaşayan sakinlər Rusiya Silahlı Qüvvələrinin zəhərli maddə yaymasından sonra səhhətlərinin pisləşməsindən şikayətləniblər. “Həqiqətən, kimyəvi maddədən istifadə olunub. Onu PUA-dan atıblar. Biz hələ nümunə götürüb, həmin kimyəvi maddənin nə olduğunu sübut edə bilmirik.
Külək bu maddəni yayır və onun zərrəcikləri ətrafa yayılır. Sartana və Talakovka kəndlərinin sakinləri səhhətlərindən şikayət ediblər. Onlar artıq təxliyə olunublar” – deyə Boyçenko qeyd edib.
Merin sözlərinə görə, bu yaşayış məntəqələrində insanlar ağızlarında qeyri-adi dad və kimyəvi zəhərlənmənin digər əlamətlərini hiss ediblər.
Həmçinin Ukrayna Müdafiə Nazirliyi əhaliyə Rusiyanın ukraynalılara qarşı kimyəvi silahdan istifadə edə biləcəyi riskinin yüksək olması ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:29 / 13.04.2022
“Mariupolda kimyəvi silahdan istifadə edilib" - Mer
Hazırda oxunan: “Mariupolda kimyəvi silahdan istifadə edilib" - Mer
Hazırda oxunan: “Mariupolda kimyəvi silahdan istifadə edilib" - Mer
69427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.