"2020-ci ilin aprelində Elman Rüstəmovun səlahiyyət müddəti bitmişdi. Amma dünyanı ağuşuna alan pandemiya xüsusilə iqtisadi sahədə ciddi tərəddüdlər yaratdı. Yəni, bir növ səngimə vardı, neftin qiyməti də çox ucuzlaşmışdı. Belə bir vaxtda beynəlxalq prosesləri izləmək və ona uyğun qərarların verilməsi daha vacib idi. Düşünürəm ki, Elman Rüstəmovun dəyişdirilməsi həmin vaxt o qədər də vacib deyildi".
Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı bankçılıq üzrə ekspert Əkrəm Həsənov söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edildi - RƏSMİ
O, bildirib ki, indi fərqli iqtisadi şərait yetişib və bankçılıqda çevik qərarların verilə biləcəyi yeni hərəkətlənmə dövrüdür:
“Azərbaycanda hal-hazırda devalvasiya təhlükəsi gözlənilmir. Əksinə yaranmış siyasi-hərbi vəziyyət Azərbaycan neftinin qiymətini sürətlə qaldırıb və bu hələ davam edəcək. İndi artıq maliyyə resursları ilə bağlı doğru və cəsarətli qəraraların verilməsinə ehtiyac var. Yeni adamlar, yeni ideyalar deməkdir. Təbii ki, peşəkarlıq şərtini unutmadan”.
Leyla Şah, Bizim.Media