Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 16% artıb

Hazırda oxunan: Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 16% artıb

69392

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 231 941,1 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,5% çoxdur.

Bizim.Media DGK-nın dərc etdiyi göstəricilərə əsasən xəbər verir ki, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 16% artaraq 302 536,6 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 39,4% artaraq 888 079,3 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk üç ayında daxilolmalar 18,2% azalaraq 29 190,2 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 12 134,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 18,7% çoxdur.

Bu ilin mart ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 411 103,7 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 17,4% çox, bu ilin fevral ayı ilə müqayisədə isə 1,4% azdır.

Bu ilin mart ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 4,8% artaraq 106 824,0 min manat olub. Bu ilin fevral ayı ilə müqayisədə isə bu göstərici 5,2% artıb.
Həmçinin, cari ilin mart ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 26,7% artaraq 289 271,6 min manat (bu ilin fevral ayı ilə müqayisədə 3,9% az), aksizlər üzrə 27,2% azalaraq 11 259,9 min manat (fevral ilə müqayisədə 18% çox), yol vergisi üzrə daxilolmalar isə 15,8% azalaraq 3748,0 min manat (fevral ilə müqayisədə 20,8% az) təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin