“Qaradağ Lökbatan” futbol klubu Azərbaycan Birinci Divizionunda sona 5 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib.
Bizim.Media xəbər verir ki, bu, XII turun ilk oyun günündə qeydə alınmış nəticələrdən sonra müəyyənləşib.
Rafael Əmirbəyovun baş məşqçisi olduğu kollektiv səfərdə MOİK üzərində 5:0 hesablı qələbə sayəsində xallarının sayını 47-yə çatdırıb.
Hazırda Lökbatan təmsilçisinə yalnız 34 xalla ikinci sırada olan “Şamaxı-2” çata bilər. Lakin bu komanda "Şamaxı"nın əvəzedicisi olduğu üçün Premyer Liqada iştirak edə bilməz.
Qeyd edək ki, "Qaradağ Lökbatan"ın vəsiqə qazanması heç də gələn mövsüm Premyer Liqada iştirak edəcəyi anlamına gəlmir. Bundan ötrü AFFA-nın Lisenziyalaşdırma Komissiyasının qərarı da lazımdır.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:17 / 12.04.2022
Azərbaycan Premyer Liqasına yeni klub qatıldı
Hazırda oxunan: Azərbaycan Premyer Liqasına yeni klub qatıldı
Hazırda oxunan: Azərbaycan Premyer Liqasına yeni klub qatıldı
69311
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.