İlham Əliyev: "Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını qəbul edib"

Hazırda oxunan: İlham Əliyev: "Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını qəbul edib"

69306

"Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter alıb. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul edib".

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

“Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilib.

Görüşlər haqqında məlumat verilib. Əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz edib və “münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub”, - deyə dövlət başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin