Sosial şəbəkələr vasitəsi ilə istifadəyə yararsız balıq kürüsü satanlar tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkə vasitəsi ilə keyfiyyətsiz, istifadəyə yararsız balıqların kürüsünü satan şəxslər müəyyən ediliblər.
Əməliyyat zamanı vətəndaş Vasif Qurbanov və Əzim Ağayev saxlanılaraq Polis İdarəsinə gətirilib.
Onlardan ümumilikdə hər birinin çəkisi 70 qram olan 32 şüşə kürü aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər keyfiyyətsiz kürüləri qablaşdıraraq yerli və keyfiyyətli məhsul kimi vətəndaşlara müxtəlif qiymətlərə satdıqlarını etiraf ediblər.
Onların bu məqsədlə istifadə etdikləri obyektdən yararsız balıq məhsulları və kürülər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 200.1-ci ( İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:22 / 30.12.2020
Sosial şəbəkələrdə yararsız kürü satanlar tutuldu - FOTO
Hazırda oxunan: Sosial şəbəkələrdə yararsız kürü satanlar tutuldu - FOTO
Hazırda oxunan: Sosial şəbəkələrdə yararsız kürü satanlar tutuldu - FOTO
6930
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.