Bu ilin birinci rübü ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 20,2 faiz artıb.
Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən Bizim.Media-ya bildirilib ki, aprelin 1-nə dövlət qeydiyyatında olan 148 min 788 kommersiya qurumundan 89 min 860-nın vəziyyəti aktiv olub.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 12,1 faiz artıb, xüsusi çəkisi isə artaraq 60,4 faizə çatıb.
Dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 15 faiz artaraq 27 min 570 vahid təşkil edib.
Həmçinin aprelin 1-nə 322 publik hüquqi şəxs, 17 min 266 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:50 / 12.04.2022
Azərbaycanda aktiv kommersiya qurumlarının sayı artdı
Hazırda oxunan: Azərbaycanda aktiv kommersiya qurumlarının sayı artdı
Hazırda oxunan: Azərbaycanda aktiv kommersiya qurumlarının sayı artdı
69292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.