Xəbər verdiyimiz kimi, Rusiya və Belarus prezidentləri – Vladimir Putin və Aleksandr Lukaşenko bu gün Uzaq Şərq bölgəsində yerləşən Amur vilayətindəki “Vostoçnı” kosmodromunda görüş keçiriblər. 3 saatdan çox davam edən görüşün nəticələri ilə bağlı liderlər mətbuata açıqlama veriblər.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər Rusiya mətbuatında yer alıb.
MÖVZU İLƏ BAĞLI:
“Ukrayna ilə danışıqlar Belarus Prezidenti sayəsində mümkün olub” – Putin - VİDEO
Putinin sözlərinə görə, Ukraynada baş verənlər faciədir, lakin Rusiyanın başqa çıxış yolu yox idi:
- Sanksiya müharibəsi şəraitində İttifaq dövlətinin (Rusiya ilə Belarus arasında) inteqrasiyasını dərinləşdirmək vacibdir. Rusiya Federasiyası və Belarus planlaşdırılan inteqrasiya planlarının 30%-dən çoxunu yerinə yetiriblər.
- Enerji sektorunda vahid elektrik enerjisi bazarı layihəsinin Minsklə razılaşdırılması başa çatıb. Minsklə qazın rublla ödənişləri sanksiyaların mənfi təsirini minimuma endirəcək.
- Belarus platforması Moskva və Kiyev arasında danışıqlar üçün əlverişlidir.
Lukaşenko isə bunları deyib:
- Əgər Rusiya əməliyyatda bir az da geciksəydi, o zaman Rusiya ərazisinə sarsıdıcı zərbə endiriləcəkdi.
- Buçada baş verənlər “Britaniyanın xüsusi əməliyyatıdır”.
- Biz nə vaxtsa qərara gəlmişdik ki, soyuq müharibə bitib. Qərb isə belə düşünməyib. O zaman bizi məhv edə bilmədilər, indi cəhd etmək qərarına gəldilər.
- Heç bir sanksiya Rusiya və Belarusu yolundan döndərməyəcək.
Bizim.Media