“Azərbaycan Respublikası Hesablama Palatası ilə yolumu ayırdım. Öz ərizəmlə Palatada tutduğum aparıcı məsləhətçi vəzifəsini, həmçinin icra etdiyim mətbuat katibi vəzifəsini tərk etdim”.
Bizim.Media xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl sözügedən qurumun mətbuat katibliyi vəzifəsinə təyin olunan Zeynəb Kazımova “Facebook” Hesabında qeyd edib:
“Çox qısa vaxt ərzində olsa da, əziz həmkarlarım, media nümayəndələri - sizinlə əməkdaşlığımız, ünsiyyətimiz hər zamankı kimi yüksək səviyyədə oldu.
Bundan əvvəlki qurumlarda da olduğu kimi, təmsil etdiyim qurumun nüfuzunun qorunması, media ilə işin yüksək səviyyədə qurulması, materialların operativ, dolğun hazırlanması, işə peşəkarlıqla və vicdanla yanaşılması prinsiplərinə sadiq qaldım.
Azərbaycan mediasında 27 illik jurnalist fəaliyyətimlə bərabər 17 ildir ki, müxtəlif qurumlarda sıfırdan ictimaiyyətlə əlaqələr və mətbuat xidməti strukturlarını quraraq, sözügedən qurumların qısa zamanda tanıdılması, cəmiyyətdə müsbət imicinin formalaşdırılması, ictimaiyyət arasında nüfuzunun yüksək səviyyəyə qaldırılması, eləcə də media ilə əməkdaşlığın peşəkar, qarşılıqlı etimad və inam əsasında həyata keçirilməsini təmin edərək, müvafiq strukturların ilk rəhbəri olmuşam.
Həmin qurumların hər birinin tarixinə ilk şöbə rəhbəri və mətbuat katibi olaraq adım yazılıb. Buna görə çox şanslıyam.
Çox şadam ki, yolum belə bir əhəmiyyətli qurumdan da keçdi. Qısa müddətdə mənə doğmalaşan insanlara təşəkkür edirəm və uğurlar arzulayıram”, - deyə Zeynəb Kazımova vurğulayıb.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:38 / 12.04.2022
10 gün əvvəl Hesablama Palatasında təyinat alan vəzifəli şəxs İSTEFA VERDİ
Hazırda oxunan: 10 gün əvvəl Hesablama Palatasında təyinat alan vəzifəli şəxs İSTEFA VERDİ
Hazırda oxunan: 10 gün əvvəl Hesablama Palatasında təyinat alan vəzifəli şəxs İSTEFA VERDİ
69259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.