Güləşçi Rafiq Hüseynova kapitan hərbi rütbəsi verilib. 
Bizim.Media xəbər verir ki, o, bu barədə öz instaqram hesabında məlumat verib.
"Ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etdiyimə görə Müdafiə naziri general polkovnik Zakir Həsənovun 11 aprel 2022-ci il tarixli əmri ilə növbəti kapitan hərbi rütbəsi ilə mükafatlandırıldım. İşimə dəyər verildiyinə görə Zakir Həsənova və Baş Qərargah rəisi general polkovnik Kərim Vəliyevə dərin minnətdarlığımı bildirirəm", - deyə idmançı paylaşımında yazıb. 
Xatırladaq ki, Rafiq Hüseynov bir neçə gün öncə üçqat Avropa çempionu adını qazanıb. 
Bizim.Media




 

- A-
- A
- A+
İdman
							12:53 / 12.04.2022
							
						Azərbaycanlı güləşçiyə kapitan hərbi rütbəsi verildi - FOTO
						
							
								Hazırda oxunan: Azərbaycanlı güləşçiyə kapitan hərbi rütbəsi verildi - FOTO 							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Azərbaycanlı güləşçiyə kapitan hərbi rütbəsi verildi - FOTO 							
						69216
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































