Vəkillər Kollegiyasına qaytarılan Aslan İsmayılov – “9 ildən sonra haqqımın bərpasına nail oldum”

Hazırda oxunan: Vəkillər Kollegiyasına qaytarılan Aslan İsmayılov – “9 ildən sonra haqqımın bərpasına nail oldum”

69209

Aslan İsmayılov Azərbaycan Vəkillər Kollegiyasının üzvlüyünə bərpa edilməsinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Facebook” hesabında paylaşım edib.

A.İsmayılov ötən gün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən Rəyasət Heyətinin 8 aprel 2022-ci il tarixli Vəkillər Kollegiyasının üzvlüyünə bərpa edilməsi bağlı iclas protokolundan çıxarışın və vəkillik vəsiqəsinin təqdim edildiyini bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Aslan İsmayılov Azərbaycan Vəkillər Kollegiyasının üzvlüyünə bərpa edildi


“2013-cü ildən apardığım 9 illik mübarizədən sonra pozulmuş haqqımın bərpasına nail oldum. Hələlik isə onu bildirirəm ki, gələcəkdə vəkillik strukturunda, yaxud başqa sahələrdə heç vaxt hansısa vəzifədə olmayacam. Bununla belə, bacardığım qədər vəkillik institutunun nüfuzun yüksəlməsində əlimdən gələni edəcəm.

Əminəm ki, hüquqi dövlət, ədalətli məhkəmə birinci növbədə müstəqil və cəmiyyətdə nüfuzu olan vəkillikdən asılıdır. Onu da bilirəm ki, bu gün vəkillik institutunun nüfuzunun yüksək olmasında nə hüquq mühafizə orqanları, nə də məhkəmə hakimiyyəti maraqlı deyillər.

Vəkillik institutunun nüfuzunun yüksəlməsi hüquq mühafizə orqanlarının vəzifələrindən sui-istifadə hallarının, rüşvətxorluğun qarşısında bir nömrəli səddir. Bununla belə, vəkillikdə gördüyüm nöqsanları da görməməzliyə vuran deyiləm”.
“Ali məhkəmə və Bakı Apellyasiya məhkəməsinin qərarlarından narazılığım, haqqımda yalan ifadələr vermiş “hakimlər” , “ədliyyə işçiləri” barədə gələcəkdə də belə haqsızlıqların baş verməməsi, üzə durmaqla, yalan ifadə verməklə çörək qazanmağın təkrarlanmaması üçün daha ətraflı sonralar yazacam” – deyə İsmayılov qeyd edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin