"Rusiya 121 min uşağı övladlığa götürmək üçün qaçırıb" - Ukrayna 

Hazırda oxunan: "Rusiya 121 min uşağı övladlığa götürmək üçün qaçırıb" - Ukrayna 

69176

Rusiya ordusunun hərbçiləri ukraynalı uşaqları övladlığa götürmək üçün onları qaçırır. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Sergiy Kislytsya BMT Təhlükəsizlik Şurasındakı çıxışında bildirib.

“Moskva rus ailələrinin müharibə yetimlərini övladlığa götürməsini asanlaşdırır. Onlar artıq 121 mindən çox uşağı Ukraynadan, əsasən də Mariupoldan qaçırıb” – deyə Kislytsya qeyd edib. 
Onun sözlərinə görə, ruslar uşaqları separatçıların nəzarətində olan Donetskə və Azov dənizi sahilində olan Taqanroq şəhərinə aparırlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin