“Peyvənd olduqdan sonra baş ağrısı, yüksək hərarət, yorğunlugun olması gözləniləndir”.
Bizim.Media xəbər verir ki, bunu Almaniyanın Darmştat şəhər xəstəxanasının qulaq, burun və boğaz xəstəlikləri şöbəsinin həkimi, həmyerlimiz Cavid Hüseynzadə deyib.
O, bununla bağlı sosial media hesabında video paylaşım edib.
Almaniyada risk qrupuna aid insanlar arasında peyvəndləmə aparıldığını söyləyən həkim özünün də vaksin vurdurmağa getdiyini açıqlayıb.
“Ümid edirəm ki, bu videonu izlədikdən sonra Sizi maraqlandıran bir sıra suallara aydınlıq gətirərək, bu peyvəndin vurduğumuz digər peyvəndlərdən heç bir əhəmiyyətli fərqinin olmadığını aydın olaraq çatdıra biləcəyəm”.
O, vaksinin insan səhhətinə təsiri ilə bağlı müxtəlif söz-söhbətlər gəzdiyini vurğulayaraq, öz təcrübəsini insanlarla bölüşəcəyini bildirib:
“Çalışacam səhhətimlə bağlı sizləri mütəmadi olaraq məlumatlandırım”, - deyə o qeyd edib.
Bizim.Media