Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Ramazan yardımları çərçivəsində Azərbaycanda 4 minə yaxın ailəyə yardım bağlamaları paylamağa başlayıb.
Bizim.Media xəbər verir ki, Türk Qızıl Aypara Cəmiyyətinin hazırladığı ərzaq bağlamaları Türkiyə və Azərbaycan rəsmilərinin iştirak etdiyi mərasimdən sonra Bakıdan yük maşınlarına yüklənərək müxtəlif rayonlarda yaşayan şəhid ailələrinə və ehtiyac sahiblərinə göndərilib.
Bağlamalar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülərinin də töhfəsi ilə ehtiyac sahiblərinə çatdırılacaq.
Türk Qırmızı Aypara Cəmiyyətinin Qafqaz Regional Qrupunun rəhbəri Semih Paslı bildirib ki, bağlamaları bölgələrdə qapı-qapı gəzərək çatdırmağı planlaşdırırlar.
Ərzaq bağlamalarının çox zəngin olduğunu deyən S.Paslı onları 4 minə yaxın adama çatdırmağı hədəflədiklərini qeyd edib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev Türk Qırmızı Aypara Cəmiyyəti ilə “bir millət, iki dövlət” prinsipi ilə əməkdaşlıq etdiklərini bildirib.
Sözügedən cəmiyyətin Azərbaycanda bir çox fəaliyyətlər həyata keçirdiyini xatırladan Mirzəyev “Azad olunmuş rayonlarda da silsilə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Həmin bölgələrdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (Türk Qırmızı Aypara Cəmiyyətinin dəstəyi ilə) filiallarının bərpa olunması gündəmdədir”, - deyib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:43 / 11.04.2022
Qızıl Aypara Cəmiyyəti Azərbaycana 4 min bağlama ərzaq yardımı gətirib - FOTO
Hazırda oxunan: Qızıl Aypara Cəmiyyəti Azərbaycana 4 min bağlama ərzaq yardımı gətirib - FOTO
Hazırda oxunan: Qızıl Aypara Cəmiyyəti Azərbaycana 4 min bağlama ərzaq yardımı gətirib - FOTO
69086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.