Dünya şöhrətli ulduz futbolçu Kriştiano Ronaldo etdiyi xoşagəlməz hərəkəti ilə medianın dilinə düşüb.
Bizim.Media xəbər verir ki, futbolçunun rəhbərlik etdiyi "Mançester Yunayted" şənbə günü Premyer Liqada "Everton"a 0:1 hesabı ilə məğlub olub.
Ronaldo meydanı məğlubiyyətə görə üzgün və ayağından ağır zədə alaraq tərk edib. O, tribunaların altından paltardəyişmə otağına gedərkən bir nəfərin ona telefon uzatdığını görüb. Futbolçu əsəbi halda telefonu fanatın əlindən alaraq yerə çırpıb.
Sonradan məlum olub ki, sındırdığı telefonun sahibi autizm xəstəliyindən əziyyət çəkən 14 yaşlı Ceykob Hardinqdır. O, anası ilə birgə matçı izləməyə gəlib.
Yaşanan qalmaqallı hadisədən sonra Ronaldo sosial media hesabında post paylaşaraq, üzrxahlıq edib.
“Qarşılaşdığımız bu kimi çətin anlarda emosiyaların öhdəsindən gəlmək heç vaxt asan deyil. Buna baxmayaraq, biz həmişə hörmətli, səbirli olmalı və gözəl oyunu sevən bütün gənclərə nümunə olmalıyıq. Təhqirimə görə üzr istəyirəm və əgər mümkünsə, həmin şəxsi “Old Trafford”da oyuna baxmağa dəvət etmək istəyirəm”, - deyə, K.Ronaldo bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
İdman
15:29 / 11.04.2022
Autizm xəstəsinin telefonunu sındıran Ronaldo belə üzr istədi - VİDEO
Hazırda oxunan: Autizm xəstəsinin telefonunu sındıran Ronaldo belə üzr istədi - VİDEO
Hazırda oxunan: Autizm xəstəsinin telefonunu sındıran Ronaldo belə üzr istədi - VİDEO
69058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.