“Gələcəkdə külək enerjisi ilə bağlı müzakirələr mümkündür”.
Bizim.Media xəbər verir ki, bu barədə BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli “Azeri Observer” nəşrinə müsahibəsində danışıb.
O, “Azərbaycanda bərpa olunan enerji ilə bağlı hər hansı digər layihələrin həyata keçirilməsi imkanı varmı?” sualına belə cavab verib:
“Əlbəttə. Hazırda portfelimizdə bərpa olunan enerjinin üç prioritet növü var: günəş, külək və hidrogen. İndiki mərhələdə bu, işğaldan azad edilmiş ərazilərdə həyata keçirməyi planlaşdırdığımız günəş enerjisi sahəsində pilot layihədir.
Gələcəkdə külək enerjisi ilə bağlı müzakirələr də mümkündür, çünki Xəzər külək enerjisini inkişaf etdirmək üçün yüksək keyfiyyətli küləklə zəngindir və biz bu sahədə böyük imkanlar görürük. Uzunmüddətli perspektivdə hidrogen enerjisinin inkişafı sahəsində əməkdaşlıq da mümkündür”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:26 / 11.04.2022
“BP-nin Azərbaycanla bağlı 3 yeni layihəsi var” - Bəxtiyar Aslanbəyli
Hazırda oxunan: “BP-nin Azərbaycanla bağlı 3 yeni layihəsi var” - Bəxtiyar Aslanbəyli
Hazırda oxunan: “BP-nin Azərbaycanla bağlı 3 yeni layihəsi var” - Bəxtiyar Aslanbəyli
69006
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.