“Gəncədə azyaşlı qızın uşaq dünyaya gətirməsi məsələsini Gəncə şəhər Baş Polis İdarəsi nəzarətə götürüb. Artıq araşdırmalara başlanılıb və yaxın vaxtlarda faktlara hüquqi qiymət veriləcək”.
Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov verib.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə azyaşlı qız ana oldu
Onun sözlərinə görə, 2006-cı il təvəllüdlü S.A yeniyetmə yaşına çatmamış olduğundan onun ailə qurması və uşaq dünyaya gətirməsi Azərbaycan qanunvericiliyinə zidd bir əməldir:
“Gəncə şəhər Baş Polis İdarəsində məsələnin araşdırılmasına başlanılıb. Əgər faktlar öz təsdiqini taparsa, bu işdə əli olanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar” deyə Eşqin Qasımov əlavə edib.
Məqsəd Rəhimov, Bizim.Media