Ərdoğan Moskvaya səfəri öncəsi Avstriya kansleri ilə danışdı

Hazırda oxunan: Ərdoğan Moskvaya səfəri öncəsi Avstriya kansleri ilə danışdı

68954

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər etməzdən əvvəl Avstriya kansleri Karl Nehammerlə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.

Danışıqlar zamanı Türkiyə-Avstriya münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional problemlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

“Prezident Ərdoğan Türkiyə ilə Avstriya arasında son vaxtlar yüksək səviyyəli təmaslardan məmnunluğunu ifadə edib. Prezident Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməyə davam edir”, - Türkiyə prezidentinin ofisindən bildiriblər.

Ərdoğan Avstriya kanslerinə bildirib ki, Ankara və Vyana təbii qaz tədarükü sahəsində əməkdaşlığı gücləndirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin