Bakı Dərin Özüllər Zavodunun barjasında qəza baş verdi

Hazırda oxunan: Bakı Dərin Özüllər Zavodunun barjasında qəza baş verdi

68934

Aprelin 9-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qopub və nəticədə barja yanalma körpüsünə toxunub.

“BOS Shelf”dən Bizim.Media-ya bildiriblər ki, əməliyyat dərhal dayandırılaraq dayaq bloku limana bərkidilib və digər zəruri tədbirlər həyata keçirilib.

Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur.

Dayaq blokunun yerdəyişmə işləri bərpa edilərək aprelin 10-da gün ərzində adi qaydada icra olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin