Nəvaz Şərifin müxalifətçi qardaşı Pakistanın yeni baş naziri olacaq? - Namizədliyini açıqladı

Hazırda oxunan: Nəvaz Şərifin müxalifətçi qardaşı Pakistanın yeni baş naziri olacaq? - Namizədliyini açıqladı

68927

Hazırkı baş nazir İmran Xana qarşı parlamentdə etimadsızlıq səsverməsindən sonra müxalif siyasətçi Şahbaz Şərifin partiyası bazar günü onun namizədliyini Pakistanın növbəti baş naziri vəzifəsinə irəli sürüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Reuters agentliyi yayıb. 

Mənbə yazır ki, 3 dəfə baş nazir olmuş Nəvaz Şərifin kiçik qardaşı, 70 yaşlı Şahbaz parlamentdə Xanın devrilməsi üçün müxalifətin müraciətinə rəhbərlik edib, bazar ertəsi keçirilən səsvermədən sonra isə onu əvəzləyəcəyi gözlənilir. 

Pakistan Müsəlman Liqasının rəhbəri Nəvaz Şərif də namizədlik sənədlərini təqdim edib. Bu haqda qurumun sözçüsü Marrium Aurangzeb bazar günü bildirib.

Xatırladaq ki, Xan ABŞ-ı onu hakimiyyətdən uzaqlaşdırmaq cəhdlərini dəstəkləməkdə,  parlamentin buraxılmasına nail olmaqda və növbədənkənar seçkilər keçirməkdə ittiham etsə də, ölkənin Ali Məhkəməsi bu qərarı qanunsuz elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin