Vilayət Eyvazov təqaüdə göndərilən polkovniklə görüşdü - FOTO

Hazırda oxunan: Vilayət Eyvazov təqaüdə göndərilən polkovniklə görüşdü - FOTO

68900

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı DİN-in Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki, hüquq üzrə elmlər doktoru, professor, əməkdar müəllim Mahir Əhmədovu qəbul edib.

Daxili İşlər Nazirliyindən  Bizim.Media-ya verilən məlumata görə, yolasalma mərasimində general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, Polis Akademiyası rəisinin birinci müavini kimi qüsursuz fəaliyyətini yüksək qiymətləndirib.

Sonda nazir Vilayət Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını M.Əhmədova təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin