Silvio Berluskonidən dostu Putinə: “Kədərləndiyimi gizlədə bilmərəm”

Hazırda oxunan: Silvio Berluskonidən dostu Putinə: “Kədərləndiyimi gizlədə bilmərəm”

68884

Putinin çoxdankı dostu, İtaliyanın sabiq baş naziri Silvio Berluskoni fevralın 24-dən bəri sussa da dözməyib və Ukraynadakı müharibəyə görə Kremlin sahibini tənqid edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya "sova.news" saytında yer alıb. 

“Vladimir Putinin davranışından dərin məyus olduğumu və kədərləndiyimi gizlədə bilmərəm və gizlətmək də istəmirəm... Rusiya Buçada və Ukraynanın digər yaşayış məntəqələrində dinc əhalinin qətliamlarının dəhşəti qarşısındakı məsuliyyətini inkar edə bilməz.

Əksinə, o, öz maraqları naminə qanun və əxlaqın hətta müharibə dövründə də yolverilməz hesab etdiyi davranışlara görə məsuliyyət daşıyanları müəyyən edib məsuliyyətə cəlb etməlidir”, - deyə Berluskoni bildirib.

Qeyd edək ki, Berluskoni və Putin uzun illərdir ki, yaxın münasibətdədirlər və bir-birlərinə dost deyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin